Kağız çantaların artan populyarlığı, ekoloji olaraq təmiz və estetik gözəlliyi ilə istehlakçılar arasında xüsusi bir yer tutur. Bu bloq yazısında, kağız çantaların niyə bu qədər sevilən bir seçim olduğunu və onların plastik alternativlərə üstünlük təşkil edən davamlılıq və bioloji parçalanabilirlik kimi əsas xüsusiyyətlərini araşdıracağıq. kağız çantaların populyarlığının arxasında yatan səbəbləri və onların müasir cəmiyyətdə necə bir rol oynadığını daha yaxından araşdıracayıq.
Portativ reklam alətidir
Şirkətlər öz loqolarını və adlarını kağız torbalara çap etməklə, müəyyən mənada küçələrdə reklamlarını vermiş olurlar. Buna brend imici yaxud brend məlumatlılığı deyilir. Hər şirkət açıq havada reklam etmək üçün bilbordlarda reklam etməli və ya nəhəng bilbordlarda özünü tanıtmalı deyil. Qoyun reklamınız həm dəbli, həm də funksional olan kağız çantalarla küçələrdə dolaşsın.
Görünüşü əlverişlidir
Kağız çantaların istifadəsinin artdığı bir vaxtda bu çantaların dizaynının işlənməyə başlanılmasının olduqca məntiqli olduğunu deyə bilərik. Bu çantaların görünüşü olduqca əlverişli və kompaktdır. Eyni zamanda bu çantaları daşıdıqda insanda utanma yaxud çəkinmə olmur. Bu çantaların da dizaynının işlənməsinə başlanılıb.
Ekoloji faydalılıq
Kağız çantalar kağızdan hazırlandığından onları təkrar emal etmək daha asan və daha sürətli olur. Ozon təbəqəsini məhv edən təkcə zəhərli tüstülər deyil. Polietilen torbaların neçə il ərzində təbiətdən yoxa çıxması lazım olduğunu bilirsinizmi? Kağız torbalar, istifadə olunub tullandıqdan sonra təbiətin həzm edə bilməyəcəyi zibilliyə çevrilmir, rahatlıqla yenidən istehsal olunur və ətraf mühitə zərər vermir.
Davamlılıq
Keyfiyyətli kağızdan hazırlanmış kağız çantalar qalındır və içərisində ağır və iti əşyalar daşıyan zaman deşilmir. Bu məhsulun məqsədi əşyaları asanlıqla daşımaqdır. Kağız çantalar da polietelen torbalar qədər davamlıdırlar.
Tanmedia olaraq kağız çantalara istədiyiniz dizaynları çap edirik və ölkəmizə, millətimizə, ətrafımıza xeyir veririk!